Britaniyada işsizlik 5 faizə yüksəldi
Dünya
11.11.2025 16:01
Böyük Britaniyada işsizlik səviyyəsi sentyabr ayına qədər olan üç ayda 5 faizə çatıb.
TodayPress TV xəbər verir ki, "BBC"nin məlumatına görə, bu göstərici 2020-ci ilin dekabrı – 2021-ci ilin fevralı dövründən bəri ən yüksək həddir.
Milli Statistika İdarəsi (ONS) bildirir ki, artım gözləniləndən yüksək olub və noyabrın 26-da açıqlanacaq büdcə öncəsi analitiklərin proqnozlaşdırdığı 4,9 faizi geridə qoyub.
ONS-in iqtisadi statistika direktoru Liz Makkoun açıqlamasında qeyd edib ki, rəqəmlər əmək bazarının ümumilikdə zəiflədiyini göstərir və işsizlik səviyyəsi pandemiyadan bəri ən yüksək nöqtəyə qalxıb. İngiltərə Bankı isə işsizliyin qarşıdakı bir neçə ildə 5 faiz civarında qalacağını gözləyir.
Jalə Rövşən
tag: Böyük Britaniya ,İşsizlik ,Milli Statistika İdarəsi (ONS), İngiltərə,Todaypress.tv,
