Britaniya şirkəti Rusiyada arzuolunmaz elan edildi

Britaniya şirkəti Rusiyada arzuolunmaz elan edildi
05.06.2025 10:09 Dünya

Rusiya Federasiyasının Baş Prokurorluğu Britaniyanın mədəni və təhsil əlaqələri üzrə təşkilatı olan "British Council"ı ölkədə arzuolunmaz təşkilat elan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, təşkilat "təhsil və mədəniyyət fəaliyyəti adı altında Britaniyanın dəyərlərini təbliğ edib" və "keçmiş sovet respublikalarının əhalisini rus kimliyindən uzaqlaşdırmaq" məqsədi güdüb.

Bundan əlavə, "British Council"ın LGBT-ni təbliğ etdiyi, Rusiyanın daxili və xarici siyasətinə qarşı yönəlmiş layihələr həyata keçirdiyi və "anti-Rusiya Baltikyanı ictimaiyyəti birləşdirmək" proqramında iştirak etdiyi bildirilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər