Britaniya qırıcısı Yaponiya hava limanına təcili eniş etdi

Britaniya qırıcısı Yaponiya hava limanına təcili eniş etdi
10.08.2025 09:30 Dünya

Britaniyanın beşinci nəsil "F-35B" döyüş təyyarəsi Yaponiyanın Kyuşu adasındakı Kaqosimadakı mülki hava limanına təcili eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb və bu, uçuş cədvəlinin pozulmasına səbəb olub.

Bildirilib ki, təyyarə Yaponiyanın yaxınlığında olan Britaniya “Prince of Wales” (Uels Şahzadəsi) aviadaşıyıcısının göyərtə aviasiyasına aiddir. Bu aviadaşıyıcı qrupu Yaponiya Hərbi Dəniz Qüvvələri ilə birlikdə təlimlər keçirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər