Britaniya İrandakı diplomatlarını təxliyə edir
Britaniya İran-İsrail münaqişəsi ilə əlaqədar Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.
"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirlik uzaqdan işləməyə davam edir", - məlumatda deyilir.