Brazilyada avtobus yük maşını ilə toqquşdu: 11 ölü, 45 yaralı

Brazilyada avtobus yük maşını ilə toqquşdu: 11 ölü, 45 yaralı
10.08.2025 10:15 Dünya

Brazilyanın Cuiaba şəhərindən yola çıxan sərnişin avtobusu Lucas do Rio Verde qəsəbəsi yaxınlığında pambıq yüklü yük maşını ilə toqquşub.

TodayPress TV xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb, 11-i ağır olmaqla 45 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb olunub. Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər