Braziliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Braziliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
21.11.2026 10:34 Dünya

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro şiddətli qarın ağrıları səbəbindən ev dustaqlığından xəstəxanaya aparılıb.

TodayPress TV xəbər verir ki, "CNN Brasil"in məlumatına görə, 71 yaşlı siyasətçi əlavə müayinələr üçün tibb müəssisəsinə yerləşdirilib.

Bolsonaronun oğlu Karlos Bolsonaro sosial şəbəkədə atasına demək olar ki, tam bağırsaq tıxanması diaqnozu qoyulduğunu açıqlayıb.

O, atasının səhhətinin pisləşməsini ev dustaqlığı şəraiti və hərəkət azadlığının məhdudlaşdırılması ilə əlaqələndirib.

Qeyd edək ki, Bolsonaro 2018-ci ildə seçki kampaniyası zamanı bıçaqlanıb və bundan sonra bir neçə əməliyyat keçirib. Keçmiş prezident sonradan dövlət çevrilişinə cəhddə təqsirli bilinib və ev dustaqlığına məhkum edilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər