Böyük Moldova Partiyası seçkilərdən kənarlaşdırıldı

Böyük Moldova Partiyası seçkilərdən kənarlaşdırıldı
28.09.2025 18:30 Dünya

Moldovada keçirilən parlament seçkilərində Mərkəzi Seçki Komissiyası Böyük Moldova Partiyasını qeyri-qanuni maliyyələşmədə şübhəli olduğu üçün seçkilərdən kənarlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Fraksiya lideri Viktoriya Furtuna qərardan narazı qalıb və Ali Məhkəməyə müraciət edəcəyini bildirib.

Seçkilər sentyabrın 28-də başlayıb. İlkin nəticələr sentyabrın 29-na açıqlanacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər