BMT: Qəzzada bir ayda 1 milyondan çox insana yardım çatdırılıb
Dünya
12.11.2025 07:00
Birləşmiş Millətlər Təşkilatı (BMT) və tərəfdaşları Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra bir ay ərzində 1 milyondan çox insana ərzaq yardımı göstərib.
TodayPress TV xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə baş katibin müavini Tom Fleçer bildirib:
“Atəşkəsdən bir ay sonra biz həyatları xilas etmək üçün bütün imkanlardan istifadə edirik.”
Oktyabrın 10-da İsrail və HƏMAS arasında əldə olunan atəşkəsdən sonra bölgədə qida paylama məntəqələri yenidən fəaliyyətə başlayıb, xəstəxanalar pasiyent qəbulunu genişləndirib, yollar təmizlənib, peyvəndləmə proqramları bərpa olunub.
BMT-nin məlumatına görə, su xətləri təmir edilib, qış geyimləri və yorğanlar paylanıb, psixoloji dəstək xidmətləri göstərilib. Fleçer bildirib ki, hələ də bürokratik maneələr və təhlükəsizlik problemləri qalır, lakin BMT daha çox yardım marşrutu açmaq və tərəfdaşların fəaliyyətini asanlaşdırmaq üzərində işləyir.
Qiymət Mahir
tag: BMT,Qəzza ,HƏMAS,Qida,Todaypress.tv,
