BMT-nin yardım karvanına hücum olundu - Ölənlər var
Sudanda BMT-nin ərzaq aparan yardım karvanına hücum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramının bəyanatında bildirilib.
Hücum nəticəsində beş nəfər öldürülüb və əraziyə ərzaq çatdırılmasının qarşısı alınıb.
"Beş nümayəndə üzvü həlak olub, bir neçə nəfər yaralanıb. Aparılan humanitar yardıma zərər dəyib", - bəyanatda vurğulanıb.
Aynur TAC