BMT: Azərbaycan uğurlu ev sahibliyi nümunəsi göstərir

BMT: Azərbaycan uğurlu ev sahibliyi nümunəsi göstərir
28.05.2026 20:20 Dünya

BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə A. Mohammed "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Görüşdə Azərbaycanın COP29 Sədrliyi əsasında əldə etdiyi nailiyyətlərə söykənərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirdim", – deyə BMT Baş katibinin müavini bildirib.

Onun sözlərinə görə, Yeni Əməkdaşlıq Çərçivəsi altında BMT ilə Azərbaycan arasında möhkəm tərəfdaşlıq daha dərin əməkdaşlıq üçün güclü zəmin yaradır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər