Belqradda etirazlar zamanı 48 polis yaralandı

Belqradda etirazlar zamanı 48 polis yaralandı
29.06.2025 15:45 Dünya

Serbiyanın paytaxtı Belqradda iğtişaşlar nəticəsində 48 polis əməkdaşı yaralanıb, biri azyaşlı olmaqla 77 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya polisinin direktor müavini Deyan Lukoviç məlumat verib.

Onun sözlərinə görə, polis cinayət əməlləri ilə bağlı 35, inzibati xətalar üzrə isə 22 vəsatət vermək niyyətindədir.

O qeyd edib ki, yarananlardan biri - jandarma zabiti ağır bədən xəsarətləri alıb, lakin onun həyatı üçün təhlükə yoxdur və vəziyyəti stabildir. Qalan xəsarətlər yüngül qiymətləndirilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər