Belqradda etirazçılar magistral yolları bağladılar

Belqradda etirazçılar magistral yolları bağladılar
04.07.2025 15:27 Dünya

Serbiyanın paytaxtı Belqradda tələbə etirazçıları şəhərin əsas yollarını bağlayaraq tam mühasirəyə almağa başlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "X"da “Tələbələr blokadada” adlı səhifədə paylaşılıb.

Tələbələr etiraz iştirakçılarına müraciət ediblər: 

“Fiziki və ya sözlü qarşıdurmalardan uzaq durun. Əgər polis aksiyanı dağıtmaq üçün müdaxilə edərsə, dinc şəkildə ərazini tərk edin. Sonra ya yaxınlıqdakı digər blokadaya qoşula, ya da əvvəlki yerə qayıda bilərsiniz”.

Qeyd edək ki, bundan əvvəl Belqradda tələbə etirazçılar ilə polis arasında toqquşma baş verib. Hadisə zamanı bir polis əməkdaşı yaralanıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər