Belarus XİN: "Litvanın ultimatumlarının mehriban qonşuluqla əlaqəsi yoxdur"

Dünya

27.03.2026 21:00

"Litvanın verməyə çalışdığı süni ultimatumların mehriban qonşuluqla heç bir əlaqəsi yoxdur".

TodayPress TV xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, bu, respublikanın xaricdəki tərəfdaşları da daxil olmaqla, hər kəs tərəfindən başa düşülən fundamental prinsipdir:

"ABŞ Prezidentinin Belarus üzrə xüsusi elçisi Con Kolun bu yaxınlarda etdiyi səfər bunu açıq şəkildə təsdiqlədi. Vilnüsün verməyə çalışdığı ultimatumların normal diplomatik təcrübə ilə heç bir əlaqəsi yoxdur".

Bəyanatda vurğulanıb ki, Belarus Litva ilə dialoqu normallaşdırmaq üçün üçüncü tərəflərdən vasitəçilik istəməyib. Xarici tərəfdaşların səsləndirdiyi təşəbbüslər onların öz təşəbbüsləridir.

Aysel Mətləb

TodayPress TV

tag: Belarus,Litva,Ultimatum,Qonşuluq,TodayPress TV,