BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı
BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən ölkə istiqamətində iki ballistik raketin buraxıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənarda, digəri isə ölkənin ərazi sularında düşüb.
Nazirlik hava hücumundan müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və ölkənin təhlükəsizliyinə yönələn istənilən təhdidə qarşı tədbir görməyə hazır olduğunu bildirib.
Kübra Musayeva