Balıkəsirdə zəlzələ kəndlərə də ziyan vurdu

Balıkəsirdə zəlzələ kəndlərə də ziyan vurdu
11.08.2025 11:36 Dünya

Balıkəsirin Sındırgı rayonunda dünən axşam baş verən zəlzələ, rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən Alacaatlı və 16 kilometr uzaqlıqdakı Kızılgür kəndlərini də təsirləndirib.

TodayPress TV xəbər verir ki, kənd sakinləri afterşokların davam etməsi səbəbindən gecəni ehtiyat tədbiri olaraq çöldə keçiriblər.

Təxminən 130 nəfərin yaşadığı Kızılgür kəndindəki 49 illik məscidin minarəsi zəlzələ nəticəsində uçub. 

Bəzi sakinlər gecəni Sındırgı Atatürk Stadionunda keçiriblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər