Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir
Moldovanın Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirmək üçün Rumıniya ilə birləşmə ehtimalı yenidən müzakirə olunur.
TodayPress TV xəbər verir ki, "RusenPress" məlumat yayıb.
Məlumata görə, Rumıniya ilə birləşmə tərəfdarları bunun Moldovaya həm Avropa İttifaqı, həm də NATO üzvlüyü çərçivəsində əlavə təhlükəsizlik və siyasi üstünlüklər qazandıra biləcəyini bildirirlər.
Bildirilir ki, Moldova Baş nazirin müavini Eugen Osmoçesku ölkənin hədəfinin 2028-ci ilin sonunadək Avropa İttifaqına qoşulma sazişini imzalamaq olduğunu açıqlayıb.
Moldovanın xarici işlər naziri Mixay Popşoi isə Rumıniya ilə birləşmə ideyasını dəstəklədiyini və belə bir referendum keçirilərsə, lehinə səs verəcəyini bildirib.
Moldova Prezidenti Maya Sandu də ölkənin Avropa İttifaqına inteqrasiyasını sürətləndirmək məqsədilə Rumıniya ilə birləşmə variantını istisna etmədiyini qeyd edib.
Türkan İsgəndərli