Avropa Komissiyası: Gürcüstanın Aİ-yə inteqrasiya prosesi geri düşür

Dünya

18.11.2025 17:35

Gürcüstan hakimiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvi barədə qərarı ölkənin Avropa İttifaqına (Aİ) üzvlük yolundan daha da uzaqlaşdığını sübut edir.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının spikeri Giyom Mersye bildirib.

O, Gürcüstanda korrupsiyaya qarşı mübarizədə tənəzzülün müşahidə olunduğunu qeyd edib.

Mersyenin sözlərinə görə, korrupsiya ilə mübarizə ölkənin Aİ-yə qoşulması üçün yerinə yetirməli olduğu əsas işin bir hissəsidir.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2026-cı ilin martından fəaliyyətini dayandıracaq. Aİ-nin tövsiyəsi ilə 2022-ci ildə yaradılmış qurumun funksiyaları Dövlət Audit Xidmətinə ötürüləcək.

Jalə Rövşən

TodayPress TV


tag: Gürcüstan,Avropa İttifaqı,Korrupsiyaya Qarşı Mübarizə Bürosu,Giyom Mersye,Todaypress.tv,