Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olundu
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ-nin 2026-cı il üçün büdcəsi barədə razılığa gəlib.
TodayPress TV Aİ Şurasına istinadla xəbər verir ki, layihədə 2026-cı il üçün ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib.
Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 715,7 milyon avro bu il üçün ehtiyat olaraq saxlanılıb. Bu vəsait Aİ-yə əlavə və gözlənilməz tələblərə operativ cavab vermək imkanı yaratmaq məqsədi daşıyır.