Argentinanın keçmiş prezidenti ev həbsinə qayıtdı

Dünya

04.01.2026 13:30

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan evə buraxılaraq korrupsiya işi üzrə cəzasını çəkdiyi mənzilinə qayıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, Kristina Kirşner kəskin appendisitin ağırlaşması səbəbilə müalicə olunub və bundan sonra tibbi müşahidə ev şəraitində şəxsi həkim heyəti tərəfindən aparılacaq.

Xatırladaq ki, keçmiş dövlət başçısı 2025-ci il dekabrın 20-də qarın nahiyəsində güclü ağrılarla xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Kristina Fernandes de Kirşner 2022-ci ilin dekabrında Santa-Krus əyalətində infrastruktur layihələri ilə bağlı korrupsiya işi üzrə məhkəmənin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Argentina,Xəstəxana,Cəza,Ev,Todaypress.tv,