Argentina Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını təsdiqlədi

Argentina Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını təsdiqlədi
27.05.2025 12:58 Dünya

Argentina BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarını rəsmi şəkildə ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley tərəfindən fevral ayında verilmiş açıqlamanın ardınca, qərarın icrası rəsmiləşdirilib.

Argentina hökumətinin yaydığı bəyanatda bildirilib ki, ÜST-ün tələbləri və göstərişləri elmi əsaslara deyil, siyasi maraqlara və öz səhvlərini qiymətləndirməkdən imtina edən bürokratik strukturlara əsaslanır.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər