Apple dünyanın ən bahalı şirkəti oldu
Apple bazar kapitallaşmasına görə yenidən dünyanın ən dəyərli şirkəti adını geri qaytarıb. Şirkət bu göstəriciyə görə əvvəlki lider NVIDIA-nı geridə qoyub.
TodayPress TV xəbər verir ki, Apple-ın bazar kapitallaşması 4,9 trilyon dollara yüksəlib.
NVIDIA-nın səhmlərində qeydə alınan enişdən sonra isə şirkətin bazar kapitallaşması 4,8 trilyon dollar səviyyəsində qərarlaşıb. Bununla da Apple dünyanın ən bahalı şirkəti statusunu yenidən əldə edib.