Andjey Duda: “Trampın NATO sammitinə gəlməməsi ciddi böhran olar”

Andjey Duda: “Trampın NATO sammitinə gəlməməsi ciddi böhran olar”
26.05.2025 12:29 Dünya

“ABŞ prezidenti Donald Trampın Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etməsi alyans üçün ciddi böhran əlaməti olacaq”.

TodayPress TV xəbər verir ki, bu fikri Polşa prezidenti Andjey Duda “Radio Zet”ə müsahibəsində səsləndirib.

“Əgər ABŞ prezidenti Donald Tramp NATO sammitinə gəlməzsə, bu, ciddi böhranın göstəricisi olacaq” deyə Duda bildirib.

Bununla belə, Polşa lideri Ağ Ev rəhbərinin sammitə qatılacağına inandığını da vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər