Alyaska görüşünün məkanı məlum oldu

Alyaska görüşünün məkanı məlum oldu
11.08.2025 12:00 Dünya

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünün Alyaskanın kurort şəhərciyi Girdvudda yerləşən “Alyeska Resort” otelində keçiriləcəyi ehtimal olunur.

TodayPress TV xəbər verir ki, “Alaska Landmine” portalına görə, otelin bron cədvəlində 12–16 avqust tarixlərinin tamamilə bağlı olması diqqət çəkib.

Girdvud Alyaskanın cənubunda, ştatın ən böyük şəhəri olan Ankoricdən 50 kilometr məsafədə yerləşir.

Daha əvvəl Tramp görüşün 15 avqusta planlaşdırıldığını açıqlamış, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bu məlumatı təsdiqləmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər