Almanlar Moskvanı içəridən vuran PUA-ların istehsalına başladı - Ukraynada həyəcan
Almaniya Ukrayna üçün 5 mindən çox uzaqmənzilli zərbə dronunun kütləvi istehsalına başlayıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, dronların uçuş məsafəsi 1 500 kilometrədək olacaq.
Onların Rusiya tərəfindən tətbiq olunan radioelektron mübarizə və siqnalboğucu sistemlərə baxmayaraq hədəfə doğru hərəkət etməsinə kömək edən süni intellekt əsaslı texnologiyalarla təchiz ediləcəyi bildirilir.
Layihənin ümumi dəyərinin təxminən 300 milyon avro olduğu və istehsalın 2027-ci ilin ortalarına qədər tamamlanmasının planlaşdırıldığı qeyd olunur.
Dronların Ukraynaya təhvil verilməsi planlaşdırıldığı kimi həyata keçirilərsə, Kiyev cəbhə xəttindən yüzlərlə kilometr uzaqdakı hədəflərə zərbələr endirmək üçün yeni imkanlar əldə edə bilər.
Türkan İsgəndərli