Almaniyada zəncirvari qəza: 13 yaralı

Almaniyada zəncirvari qəza: 13 yaralı
11.11.2025 10:35 Dünya

Almaniyanın Hessen əyalətində magistral yolda baş verən zəncirvari qəzada 13 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, “Bild”in məlumatına görə, hadisə bir minik avtomobilinin zolaq dəyişərkən qoşqulu yük maşınının qarşısına çıxması nəticəsində baş verib.

Ardınca daha beş avtomobil və bir yük maşını toqquşub.

Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Qəza səbəbindən yolun bir hissəsi bağlanıb, uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər