Almaniyada dron həyəcanı: Uçuşlar dayandırıldı

Almaniyada dron həyəcanı: Uçuşlar dayandırıldı
30.05.2026 13:45 Dünya

Almaniyanın Münhen Beynəlxalq Hava Limanında pilotsuz uçuş aparatının (dronun) müşahidə edilməsi ilə bağlı məlumat daxil olduqdan sonra hava hərəkəti müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, 30 may səhər saatlarında iki pilot hava limanı yaxınlığında mümkün dron gördüyünü bildirib. Təhlükəsizlik tədbiri kimi hər iki uçuş-enmə zolağı bağlanıb və uçuşlar dayandırılıb. Daha sonra hava hərəkəti yenidən bərpa olunub. 

Axtarış və yoxlamalar zamanı dron və ya hər hansı bir təhlükə aşkarlanmayıb. Hadisə nəticəsində bəzi reyslər təxirə salınıb və ya ləğv olunub. 

Qeyd edək ki, bu, Münhen hava limanında son dövrdə dronla bağlı baş verən ilk hadisə deyil və Avropada hava limanları yaxınlığında pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər