Almaniya PUA-lardan müdafiəyə investisiya qoyur
Almaniya hökuməti qısa müddət ərzində müasir pilotsuz uçuş aparatlarından müdafiəyə 100 milyon avro investisiya qoyacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti yazır.
Məlumata görə, Bundestaqın (Almaniya parlamentinin) büdcə komitəsi PUA-lara qarşı mübarizə planının maliyyələşdirilməsini təsdiqləyib.
Yeni PUA müdafiə bölməsi (əlavə 130 polis əməkdaşı) dekabr ayında fəaliyyətə başlayacaq. Onların paytaxt ətrafında, böyük hava limanlarında və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən digər obyektlərdə yerləşdirilməsi planlaşdırılır. Helikopterlərin köməyi ilə bölməni ölkə üzrə sürətlə yerləşdirmək mümkün olacaq.
Türkan İsgəndərli