Almaniya müdafiə naziri: "İran raketləri Avropaya çata bilər"

Dünya

28.03.2026 07:35

Almaniyanın müdafiə naziri Boris Pistorius nəzəri olaraq Avropadakı hədəfləri vura biləcək İran raketlərinin mənzili ilə bağlı narahatlıqlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

“Avropa təhlükədə deyil, xüsusən də Almaniyanın hava hücumundan müdafiə məsələsində tək deyil. NATO qüvvələri ilə birlikdə hərəkət etdiyini nəzərə alsaq, narahatlığa əsas yoxdur”, - deyə Pistorius bəyan edib.

O əlavə edib ki, nəzəri cəhətdən həmin İran raketləri Avropaya çata bilər:

“Lakin dürüst olsaq, biz bunu əvvəllər də bilirdik. Əsas məsələ hansı silahla və hansı dəqiqliklə vurulacağıdır. Məhz buna görə də biz NATO-nun birgə hazırlanmış müdafiə imkanlarına güvənirik”.

Aysel Mətləb

TodayPress TV

tag: Boris Pistorius,Almaniya,Avropa,İran,TodayPress TV,