Aİ və Ukrayna ordusu birləşir? - Lyayen bəyanat verdi

Aİ və Ukrayna ordusu birləşir? -  Lyayen  bəyanat verdi
15.07.2026 10:12 Dünya

İyulun 15-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen  Kiyevə səfər edib. 

TodayPress TV  xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti  sosial şəbəkə hesabında yazıb.

Səfəri zamanı o, Ukrayna və Aİ-nin hərbi sənayesinin inteqrasiyası ilə bağlı yeni təşəbbüslərdən danışıb. 

"Daha çox və daha sürətli istehsal edə bilmək üçün müdafiə sənayemizi inteqrasiya etmək təşəbbüslərini müzakirə edəcəyik."

O, əlavə edib ki, hərbi layihələrlə yanaşı, "qışa hazırlıq" məsələləri də müzakirə ediləcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər