Aİ və Ukrayna ABŞ-nin sülh planına düzəlişlər üzərində işləyir
Dünya
22.11.2025 18:30
Aİ və Ukrayna ABŞ-nin sülh planına düzəliş etməyə çalışır.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə noyabrın 27-dək ABŞ-nin təklif etdiyi sülh planına dəyişikliklər edilməsinə çalışır.
Avropa ölkələri Rusiya ilə mümkün atəşkəs razılaşmasının hazırlanması üçün Kiyevə əlavə vaxt qazanmağa çalışır.
ABŞ Prezidenti Donald Trampın 28 maddəlik planı Ukraynadan Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımasını, NATO-ya üzvlük kursundan imtina etməsini tələb edir. Əvəzində Ukraynanın Aİ-yə yaxınlaşması və iqtisadi inteqrasiya imkanlarının genişlənməsi nəzərdə tutulur.
Plan həmçinin Zaporojye AES-in beynəlxalq nəzarətə verilməsini, enerji istehsalının Rusiya ilə bölüşdürülməsini, Ukrayna ordusunun azaldılmasını və ölkənin bərpasının qismən dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsini ehtiva edir.
Tənqidçilər sənədi Ukraynanın suverenliyinə zidd və Rusiyanın maraqlarına uyğun güzəştlər paketi kimi qiymətləndirirlər.
Jalə Rövşən
tag: Aİ,Ukrayna , ABŞ-nin sülh planı,Volodimir Zelenski,Todaypress.tv,
