Aİ Ukraynanın maliyyələşdirilməsi üçün yeni mexanizm axtarır
Dünya
13.11.2025 17:19
Avropa Komissiyası və Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynanın qarşıdakı illər üzrə maliyyə ehtiyaclarını təmin etmək üçün mümkün mexanizmləri müzakirə edirlər.
TodayPress TV bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Ukraynanı ən azı iki il müddətinə sabit maliyyə ilə təmin etməyə hazır olduğunu təsdiqləyib:
"Avropa Şurası Ukraynaya davamlı dəstək göstərməyə sadiqdir. Lakin bu maliyyə yardımının konkret şəkildə necə həyata keçiriləcəyi barədə razılıq hələ əldə olunmayıb".
Qeyd edək ki, oktyabr ayında keçirilən son Avropa Şurası iclasında Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına təzminat və ya kredit formasında vəsait ayrılması təşəbbüsü üzv ölkələr arasında fikir ayrılıqları səbəbindən razılaşdırılmamış qalıb.
Avropa Komissiyası yaxın həftələrdə bu məsələyə dair yeni təkliflər paketi təqdim etməyi planlaşdırır.
Jalə Rövşən
tag: Avropa Komissiyası,Avropa,Ukrayna ,Maliyyə ,Ursula fon der Lyayen,
