Aİ sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsini yolverilməz sayır

Aİ sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsini yolverilməz sayır
10.08.2025 13:15 Dünya

Avropa İttifaqı (Aİ) ölkələri sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbərinin imzaladığı birgə deklarasiyada Ukraynaya ərazi bütövlüyünü və suverenliyini qorumağa imkan verəcək etibarlı təhlükəsizlik təminatlarının vacibliyi vurğulanıb.

Sənəddə bildirilib ki, konstruktiv danışıqlar yalnız atəşkəsin elan olunması və hərbi əməliyyatların dayandırılması halında mümkündür.

“Ukraynada sülh yolu Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz… Mövcud təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır”, – deyə mətndə qeyd olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər