Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
16.05.2025 10:00 Dünya

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı daha sərt iqtisadi tədbirlər - yüksək tariflər və hətta tam miqyaslı ticarət embarqosu tətbiq etməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, məsələ Avropa Siyasi Birliyinin Albaniyada keçiriləcək növbəti toplantısında müzakirə olunacaq. İclasa Böyük Britaniya və Ukrayna da qatılacaq.

Qeyd olunur ki, Rusiyaya qarşı tam ticarət embarqosu Aİ-nin gündəmindəki mümkün variantlardan biridir. Bu addım Rusiyaya iqtisadi təzyiqləri daha da gücləndirməyə yönəlib.

Xatırladaq ki, bundan əvvəl Avropa Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər