Aİ İrana qarşı ABŞ əməliyyatına qoşuldu
Avropa İttifaqı ABŞ-nin İrana qarşı həyata keçirdiyi iqtisadi təzyiq əməliyyatına qoşulub.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində açıqlayıb.
Bessent Aİ-nin bu addımını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə İranın qlobal maliyyə sistemindən nüvə proqramı, silah istehsalı və dəstəklədiyi silahlı qruplaşmaları maliyyələşdirmək üçün istifadə etməsinin qarşısını almağa çalışır.
Nazir bildirib ki, məqsəd İranın maliyyə imkanlarını daha da məhdudlaşdırmaq və ölkənin qlobal maliyyə sistemindən təcridini gücləndirməkdir.
ABŞ bu əməliyyata avqustun 24-də başlayıb. Vaşinqton İranla əlaqəli maliyyə və ticarət kanallarını bağlamağı planlaşdırır.
Türkan İsgəndərli