Aİ Avstraliya şirkətlərinə sərmayə qoymaq istəyir
Avropa İttifaqı (Aİ) Çin və ABŞ-nin rəqabəti fonunda nadir torpaq metallarına çıxış əldə etmək üçün Avstraliya mədən şirkətlərinə sərmayə qoymağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin ticarət komissarı Maroş Şefçoviç "Bloomberg"ə bildirib.
O qeyd edib ki, Avropa investisiyalarına Avstraliya şirkətlərində payların alınması, ayrı-ayrı Aİ hökumətləri arasında xammal tədarükü müqavilələri və ya nadir torpaq metallarının hasilatı layihələrinin birgə maliyyələşdirilməsi daxil ola bilər.
O həmçinin vurğulayıb ki, Avropa İnvestisiya Bankı Avstraliyanın mədənçıxarma sektoruna investisiyaların bir mənbəyi kimi çıxış edə bilər.
Aysel Mətləb