Ağ Ev üçtərəfli görüş planlaşdırmır

Ağ Ev üçtərəfli görüş planlaşdırmır
10.08.2025 11:00 Dünya

Ağ Ev hələlik ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, “Reuters”ə danışan ABŞ administrasiyası nümayəndəsinin sözlərinə görə, Tramp Zelenskinin Alyaskada Putinlə danışıqlara qoşulmasını istisna etmir, lakin hazırda Ukrayna liderinin sammit proqramında iştirakı nəzərdə tutulmur.

Senator Aleksey Puşkov isə bildirib ki, Alyaskanın görüş yeri kimi seçilməsi danışıqların çoxtərəfli deyil, ikitərəfli formatını vurğulayır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər