ABŞ yenidən İrana sanksiyalar tətbiq etdi
Dünya
21.11.2025 10:04
Bu gün ABŞ Dövlət Departamenti, Hindistan, Panama və Seyşel adaları da daxil olmaqla bir neçə ölkədə fəaliyyət göstərən 17 şəxs, təşkilat və gəmini İranın nefti və neft məhsullarının satışında iştirak etdikləri səbəbindən sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb.
Vaşinqton, bu addımın İranın beynəlxalq maliyyə şəbəkələrindəki fəaliyyətlərini dəstəkləyən qurumlara qarşı yeni bir mübarizə olduğunu vurğulayıb.
ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi açıqlamasında, bu şəxslər və qurumların "İranın neft satışları vasitəsilə terrorçuluğu və digər qanunsuz fəaliyyətləri maliyyələşdirmək məqsədi ilə əməliyyatlar apardıqlarını" bildirib.
Sanksiyalar bir hava yolu şirkəti və onun filiallarına da şamil edilib. ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdə yerləşən 41 şəxs, qurum, gəmi və təyyarələrə də sanksiya tətbiq edərək, İranın neft ixracına qarşı mübarizəni gücləndirmək niyyətindədir.
tag: ABŞ,İran,Sanksiya,Tətbiq,Todaypress.tv,
