ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı

ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı
18.08.2026 23:20 Dünya

ABŞ İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqon Fars körfəzi ölkələrində, iri ABŞ hərbi bazalarının bir neçə aydır İranın hücumlarına məruz qaldığı ərazilərdə qoşunların sayının azaldılması imkanını qiymətləndirir.

Qəzetin mənbələrinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi artıq bu bazaların bərpasına ehtiyac olmaya biləcəyinə dair siqnal verib.

“The Washington Post” vurğulayır ki, söhbət hələlik ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunun tam şəkildə yenidən nəzərdən keçirilməsindən getmir, lakin Pentaqonun siyasi məsələlər üzrə idarəsi tərəfindən aparılan qiymətləndirmə İranla müharibənin bunu necə dəyişə biləcəyini göstərir.

Nəşr qeyd edir ki, mümkün qoşun ixtisarları ilə bağlı variantları Pentaqonun sözügedən idarəsi ilə yanaşı, Baş Qərargah Rəisləri Komitəsi və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da təhlil edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər