ABŞ və Yaponiya birgə hərbi təlim keçirəcək
ABŞ və Yaponiyanın birgə hərbi təlimləri olan “Keen Sword” oktyabrın 19-dan 29-dək Yaponiyada və ona bitişik sularda keçiriləcək.
TodayPress TV xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha yeddi ölkənin hərbi bölmələri iştirak edəcək.
Təlimlərə Yaponiya tərəfindən təxminən 45 min hərbçi və zabit cəlb olunacaq. Həmçinin 40-a yaxın hərbi gəmi və 250 təyyarənin iştirakı planlaşdırılır. ABŞ kontingentinin sayı və tərkibi açıqlanmayıb.
Təlimlər zamanı Yaponiyanın təxminən 1 000 kilometr məsafəqətetmə imkanına malik yeni “Type-25” mobil yerüstü raketləri ilk dəfə nümayiş etdiriləcək. Hərbçilər raketlərin hədəfə yönəldilməsi və tətbiqi zamanı qarşılıqlı fəaliyyəti məşq edəcəklər. Lakin real raket buraxılışı həyata keçirilməyəcək.
Qeyd edək ki, “Keen Sword” təlimləri iki ildən bir keçirilir və ABŞ-Yaponiya birgə komanda-qərargah təlimləri olan “Keen Edge” ilə növbələşir.
Türkan İsgəndərli