ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu
Tehran və Vaşinqton arasında imzalanması gözlənilən memorandumun bəzi qeyri-rəsmi detalları ortaya çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Həmin detallarda aşağıdakı məqamlar əksini tapıb:
- İranın boğazdan keçən gəmilərin statusunu müəyyən edən əsas tərəf olması;
- İranın dondurulmuş aktivlərinin azad edilməsi;
- ABŞ-nin 60 gün ərzində İranın 12 milyard dollar həcmində dondurulmuş vəsaitlərinə tam çıxışı təmin etməyi öhdəsinə götürməsi.
Aysel Mətləb