ABŞ Ukraynaya raket tədarük edəcək
ABŞ administrasiyası NATO ölkələrinə sonradan Kiyevə təhvil verilməsi məqsədilə “Tomahawk” qanadlı raketlərinin tədarükü imkanlarını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti C.D. Vens "Fox News"a müsahibəsində deyib.
Onun sözlərinə görə, yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
Vens əlavə edib ki, məsələ prezidentin göstərişi ilə nəzərdən keçirilir və Avropa tərəflərinin bəzi istəkləri də qiymətləndirilir.
Türkan İsgəndərli