ABŞ Ukraynanın öz ərazilərindən imtina etməsini təklif etdi
Dünya
20.11.2025 01:33
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib.
TodayPress TV-nin məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur. Mənbələr vurğulayıblar ki, ABŞ Ukraynanın təklif olunan planın əsas müddəalarına razılaşmasına sadiqdir.
Nəşrin məlumatına görə, planı Rusiya prezidentinin xarici ölkələrlə investisiyalar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə konsepsiyanı müzakirə edən ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff hazırlayır.
tag: ABŞ, Ukrayna, Zelenski, Ruisya, todaypress.tv,
