ABŞ Rusiyaya yeni sanksiyaları müzakirə edəcək

ABŞ Rusiyaya yeni sanksiyaları müzakirə edəcək
07.09.2025 23:09 Dünya

ABŞ administrasiyası yaxın günlərdə Rusiyaya qarşı yeni məhdudiyyətlərlə bağlı məsləhətləşmələr aparacaq.

TodayPress TV  xəbər verir ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "CBS"ə açıqlamasında sanksiyaların miqyası və müddətinin əsas müzakirə mövzusu olacağını bildirib.

Onun sözlərinə görə, yekun qərarı prezident Donald Tramp verəcək.

Qeyd edək ki, sentyabrın 8-də Vaşinqtonda Avropa İttifaqı nümayəndə heyəti də Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edəcək.

Qiymət Mahir

TodayPress TV  

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər