ABŞ Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq etdi

Dünya

11.02.2026 08:45

ABŞ Livanın "Hizbullah" hərəkatına Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmağa kömək edən fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yer alan bəyanatda bildirilib.

Məhdudiyyətlər Rusiya vətəndaşı Andrey Borisova, həmçinin bir Livan vətəndaşına qarşı tətbiq edilib. Bundan əlavə, Livan, Panama və Türkiyədə fəaliyyət göstərən dörd fiziki şəxs, eləcə də iki yük gəmisi məhdudiyyətlərə məruz qalıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, Vaşinqton bu yolla İrana və onun proksi-qüvvələrinə təzyiqi artırmağı planlaşdırır.

Sanksiya siyahısına daxil edilənlərin ABŞ-dəkı aktivləri dondurulacaq və Amerika vətəndaşlarına, şirkətlərinə siyahıdakı şəxslərlə biznes aparmağın qadağan olunacaq.

TodayPress TV

tag: ABŞ, Livan, Hizbullah, Maliyyə, todaypress.tv,