ABŞ “polad divar” qurur: 20-dən çox hərbi gəmi səfərbər edildi

ABŞ “polad divar” qurur: 20-dən çox hərbi gəmi səfərbər edildi
28.07.2026 22:48 Dünya

ABŞ hərbçiləri bərpa edilmiş blokada çərçivəsində 18 kommersiya gəmisinin marşrutunu dəyişdirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, ABŞ qüvvələri blokada rejiminə əməl olunmasını yoxlamaq məqsədilə iki gəmini sıradan çıxarıb, daha iki gəmiyə isə baxış keçirib.

Məlumata görə, hazırda İran suları ətrafında “polad divar” adlandırılan təhlükəsizlik zolağının yaradılması üçün Yaxın Şərqdə 20-dən çox hərbi gəmi yerləşdirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər