ABŞ ordusunun yüzdə biri qədər pulumuz var, amma 7 aydır onlara divan tuturuq
İranlı general ABŞ ordusunun müharibələrdəki nəticələrini tənqid edib.
TodayPress TV xəbər verir ki, İranlı general-mayor Nakdi ABŞ-nin hərbi imkanları və son illərdə apardığı müharibələrlə bağlı tənqidi fikirlər səsləndirib.
Nakdinin sözlərinə görə, İran ordusunun xalis hərbi büdcəsi ABŞ-nin hərbi büdcəsinin cəmi 1 faizini təşkil edir. O bildirib ki, buna baxmayaraq, ABŞ İsraillə birlikdə yeddi aydır İranla müharibə aparır.
General ABŞ Prezidenti Donald Trampın ölkəsinin dünyanın ən güclü ordusuna sahib olduğu barədə fikirlərini də tənqid edib.
Nakdi qeyd edib ki, ABŞ-nin Vyetnam, Əfqanıstan və İraqdakı hərbi əməliyyatları Vaşinqtonun qarşıya qoyduğu məqsədlər baxımından mübahisəli nəticələrlə başa çatıb.
“Amerika xalqı başa düşməlidir ki, onların idarəetmə sistemi qüsurludur və seçdikləri insanlar ölkəni idarə etmək üçün yetərli səlahiyyətə malik deyillər”, – deyə iranlı general bildirib.
Jalə Rövşən