ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi

ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi
09.07.2026 21:25 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Əraqçi söhbət zamanı ABŞ-nin son zərbələrini BMT Nizamnaməsinin və Pakistanın vasitəçiliyi ilə əldə olunmuş İslamabad Anlaşma Memorandumunun pozulması kimi qiymətləndirib.

Nazir bildirib ki, ABŞ rəsmilərinin memorandumun şərtlərinə əməl etmədiklərini göstərən açıqlamaları Vaşinqtonun razılaşmanı pozduğunu və müharibə siyasətini davam etdirdiyini nümayiş etdirir.

Əraqçi həmçinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunu vurğulayaraq, ABŞ-nin mümkün yeni hərbi addımlarına qarşı xəbərdarlıq edib.

Məlumata görə, ötən ay Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında 60 günlük müvəqqəti sülh çərçivəsini nəzərdə tutan İslamabad Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflərə uzunmüddətli razılaşma əldə etmək üçün danışıqlar aparmaq imkanı yaratmağı hədəfləyirdi.

Lakin ABŞ-nin İrana endirdiyi son zərbələr və Tehranın buna cavab olaraq ABŞ müttəfiqlərinə qarşı addımları atəşkəs rejimini yenidən təhlükə altına salıb.

Kübra Musayeva


XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər