ABŞ-nin ən bahalı PUA-sı belə məhv edildi - VİDEO

ABŞ-nin ən bahalı PUA-sı belə məhv edildi - VİDEO
29.05.2026 17:51 Dünya

Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı ABŞ ordusuna məxsus növbəti “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) vurduqlarını bəyan edib.

TodayPress TV Yerli mənbələrin verdiyi məlumata görə, hadisə Yəmənin strateji əhəmiyyətli Mərib vilayəti səmasında baş verib. Sakinlər səmada güclü partlayış səsi eşitdiklərini və yerdə drona bənzər qalıqların tapıldığını bildiriblər.

Hələlik husilərin hərbi rəhbərliyi və ABŞ tərəfi bu son insidentlə bağlı rəsmi bəyanat yaymayıb.

Qeyd edək ki, ABŞ-nin ən bahalı kəşfiyyat və zərbə dronlarından hesab olunan “MQ-9 Reaper” aparatlarının qiyməti təxminən 30 milyon dollardır. Qırmızı dəniz və ətraf regionda gərginlik başladıqdan bəri husilər artıq bir neçə belə aparatı vurduqlarını elan ediblər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər