ABŞ nadir torpaq metallarına dair sazişi ayın sonunda imzalamağı gözləyir
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Pekinlə nadir torpaq metallarının tədarükünə dair razılaşmanı noyabrın sonunadək yekunlaşdırmağa ümid etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Bessent sazişin hələ imzalanmadığını, lakin Şükranlıq Gününə qədər razılaşmanın mümkün olduğunu deyib.
Nazir əlavə edib ki, Çin öhdəlikləri pozarsa, ABŞ-nin təzyiq göstərə biləcək kifayət qədər mexanizmi var.
Qiymət Mahir