ABŞ konsulluğu hədəf alındı - VİDEO
İraqın Ərbil şəhərində yerləşən ABŞ konsulluğu istiqamətində hərəkət edən dörd pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.